Çexiyada İkinci Dünya Müharibəsindən qalma hava bombası tapılıb.
Publika.az xəbər verir ki, bomba Brno şəhərində tikinti işləri zamanı aşkarlanıb.
Polis tapıntı yerinin yaxınlığında yerləşən səkkiz çoxmərtəbəli binanın sakinlərini təcili olaraq təxliyə edib. Yüzlərlə insan ərazini tərk edib.