Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Missiya.Az xəbər verir ki, ilk gündə 4 matç keçiriləcək və bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.
Günün ilk qarşılaşması Bakı vaxtı ilə 21:45-də baş tutacaq. "Barselona" öz evində "Benfika"nı qəbul edəcək.
"Liverpul" - “PSJ”, "İnter" - "Feyenoord", "Bavariya" - "Bayer"in matçları isə 00:00-da start götürəcək.
Daşqın HəsənovMissiya.Az