Bu ilin yanvar-fevral aylarında AzÉ™rbaycanda muzdlu işçi sayının vÉ™ É™mÉ™khaqqı fondunun “aÄŸarması” prosesi ÅŸÉ™raitindÉ™ mÉ™cburi dövlÉ™t sosial sığorta haqları üzrÉ™ daxilolmalar 958,6 milyon manat olub.
Valyuta.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15 % artaraq 648,4 milyon manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 15,7 % artaraq 34,4 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,2 % artaraq 26,7 milyon manata çatıb.
Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11,6 % artaraq 177 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,8 % artaraq 122,3 milyon manat olub.