EN

Rusiya İxrac Mərkəzi Azərbaycana 3 milyard dollardan çox tədarükü dəstəkləyib

Rusiya İxrac Mərkəzi (RİM) 2017-ci ildən etibarən Azərbaycana 3 milyard ABŞ dollarından çox məbləğində ixraca dəstək olub.

“Report” xəbər verir ki, bu barədə RİM-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev Moskva müəssisələrinin biznes missiyası çərçivəsində keçirilən təqdimat sessiyasında bildirib.

Onun sözlərinə görə, 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən RİM nümayəndəliyi yerli bazara çıxmaq istəyən Rusiya şirkətlərinə dəstək göstərir.

"Bu müddət ərzində Azərbaycana 3 milyard ABŞ dollarından çox məbləğdə ixracın həyata keçirilməsinə töhfə vermişik. Bu, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafına ciddi yardım göstərir. Rusiya üçün məhsulların “Made in Russia” brendi altında təşviqi və populyarlaşdırılması da vacibdir", - N.Quliyev qeyd edib.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ilin yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 4,8 milyard ABŞ dolları təşkil edib, bunun əhəmiyyətli hissəsini Rusiya məhsullarının tədarükü (3,6 milyard ABŞ dolları) təşkil edir. Bu məhsullara ərzaq, kənd təsərrüfatı texnikası, sənaye malları və tikinti materialları daxildir.

Rusiyanın “Vneşekonombank” qrupuna daxil olan RİM ölkə ixracatçılarına beynəlxalq bazarlara çıxmaqda kömək edərək maliyyə və qeyri-maliyyə dəstəyi təqdim edir. Son illərdə mərkəz Azərbaycanla əməkdaşlığı fəal şəkildə inkişaf etdirir, biznes missiyaları, məsləhətləşmələr təşkil edir və müqavilələrin imzalanmasına kömək edir.

Chosen
24
1
report.az

10Sources