EN

Bu şəxslərə 11 milyon manat ödəniş edildi

2024-cü ildə baş vermiş hadisələr nəticəsində kartof sahələrinə dəyən zərərə görə fermerlərə 11 178,64 manat ödəniş edilib.

Valyuta.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondundan məlumat verilib.

Ötən il Azərbaycanın kartof əkinlərinin ümumi sahəsi 46 748,6 hektar olub. Ən çox kartof əkinləri Qazax-Tovuz (22 028,3 ha), Lənkəran-Astara (7 457 ha), Şəki-Zaqatala (3 961 ha) və Quba-Xaçmaz (3 932 ha) iqtisadi rayonlarında yerləşir.

Azərbaycanın daxili bazarında kartofa olan tələbat əsasən yerli istehsal hesabına qarşılanır. İqlim və coğrafi amillərdən asılı olaraq, kartof əkini prosesi fevral ayından başlayıb və aprelin sonuna qədər davam edir.

Ümumilikdə, 2024-cü ildə aqrar sektora dəymiş zərər üzrə sığortalı təsərrüfatlara edilən sığorta ödənişləri 6,4 milyon manat olub.

Chosen
26
1
valyuta.az

3Sources