Bakı, 11 mart, AZƏRTAC
Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsinin (EBSL) püşkü atılıb.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, püşkatma mərasimində Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Milli komanda B Liqasının A qrupunda Litva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.