EN

Bruno Laji: “Benfika” Barselonaya qələbə dalınca gəlib”

“Benfika”nın baş məşqçisi Bruno Laji Çempionlar Liqasının 1/8 finalının səfərdə “Barselona” ilə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Barselona”da çox yüksək səviyyəli çoxlu oyunçu var, xüsusilə hücumçular üçlüyü. Buna rəğmən, son oyunda qapıçıları Voyçex Şesnı fərqləndi. Onlar inanılmaz iş görən və artıq Çempionlar Liqasını qazanmış məşqçiyə malikdirlər.

“Barselona” – 2025-ci ildə hələ məğlub olmamış komandadır. Bizim tapşırığımız – özünü inanmlı hiss etməkdir. “Barseleona” ilə oyunlarda biz çoxsaylı təhlükəli məqamlar yaratmışdıq. Biz hiss edirdik ki, hər iki oyunda fərqli nəticə əldə edə bilərdik. Biz “Barselona” ilə bu iki ev oyunundan hansı ibrət dərsləri çıxara biləcəyimiz haqda yaxşıca ayırd etməliyik.

Biz Barselonaya qələbə dalınca gedirik. Biz öz futbolumuzu oynamaq və çərək finala keçmək niyyətindədyik. Komandamız yaxşı formadadır, psixoloji olaraq mütəşəkkildir, paltardəyişmə otağımızıda isə birlik ruhu hökm sürür” deyə Bruno Laji “qartallar”ın iddiasını ortaya qoyub.

“Barselona” – “Benfika” oyunu bu gün, martın 11-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 21:45-də başladacaq.

Xatırladaq ki, evdə keçirdiyi ilk oyunda “Benfika” “Barselona”ya 0:1 hesabı ilə məğlub olub.

Əlavə edək ki, “Benfika” Çempionlar Liqasının hələ Liqa mərhələsinin 7-ci turunda “Barselona” ilə Lissabonda qarşılaşıb. Bu oyunda “qartallar” hesabı açsalar da, oyunun gedişində iki dəfə iki top fərqi ilə – 3:1, 4:2 hesablı üstünlüklər saxlasalar da, “blauqrana” geri-dönüş etməyi bacarmış, 90+6-cı dəqiqədə vurduğu qolla isə 5:4 hesablı möhtəşəm qələbə qazanmışdı.

Chosen
15
arena.az

1Sources