EN

Bayram öncəsi bu pensiyaçılara əlavə 200 manat veriləcək?

Novruz bayramı ərəfəsində pensiyaçıların sosial rifahını yaxşılaşdırmaq üçün əlavə ödənişlərin verilməsi məsələsi yenidən gündəmə gəlib. Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyə və Rusiyada bayram günlərində pensiyaçılara xüsusi müavinətlərin ayrılması təcrübəsi mövcuddur. Türkiyə Təqaüdçülər Dərnəyinin (TÜED) sədri Kazım Ergün milyonlarla pensiyaçının bayram mükafatlarında artım gözlədiyini bildirərək, bu vəsaitin onların büdcəsinə dəstək olacağını vurğulayıb. Türkiyə hökuməti Ramazan və Qurban bayramlarında pensiyaçılara verilən mükafatların artırılmasına diqqət yetirərkən, Rusiyada da müxtəlif sosial kateqoriyalara aid vətəndaşların və hərbçilərin pensiyalarına əlavə ödənişlər tətbiq edilir.

Onu da qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənildi.

Maraqlıdır eyni praktika 2025-ci ildə də həyata keçirilə bilərmi?

Publik.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanda da oxşar praktika mövcud olub:

"Ötən il hökumət pensiyaçılara əlavə dəstək məqsədilə hər rüb 50 manat olmaqla, ümumilikdə 200 manatlıq ödəniş həyata keçirdi. Bu məbləğ böyük dəstək olmasa da, pensiyaçılar üçün müəyyən qədər maddi rahatlıq yaratdı. Lakin həmin təşəbbüs davam etdirilmədi və bu il üçün oxşar ödənişlərin ediləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib".

Chosen
41
17
publika.az

10Sources