Bakı, 11 mart, AZƏRTAC
ABŞ Kənd Təsərrüfatı Nazirliyi hər il məktəblərə və ərzaq banklarına yerli qida məhsullarının alınması üçün xərclənən 1 milyard dollardan çox vəsaitin ayrıldığı iki federal proqramı dayandırıb.
AZƏRTAC xəbər verir ki, ölkə üzrə yeməkxana işçiləri və direktorlarını təmsil edən Məktəb Yeməkləri Assosiasiyası mətbuata açıqlamasında bildirib: “ABŞ Kənd Təsərrüfatı Nazirliyi “Məktəblər üçün yerli qida və ərzaq” proqramının maliyyəsini 2025-ci ildə 660 milyon dollar azaldıb. Bu proqram çərçivəsində ərzaq banklarına dəstək məqsədilə bu il təxminən 500 milyon dollar ayrılmalı idi. Bu barədə “Reuters” agentliyi xəbər verib.
Bu proqramların bağlanması Prezident Donald Tramp administrasiyasının federal hökumət xərclərinin kəskin şəkildə azaldılmasının bir hissəsidir.
Trampın Kanada, Meksika və Çindən idxal olunan mallara yeni gömrük rüsumları tətbiq etməsi Amerikanın kənd təsərrüfatı məhsullarının ən böyük alıcıları ilə ticarət münaqişələrinə səbəb olub.
ABŞ digər qrant və proqramları dondurduğu üçün fermerlərlə qida təşkilatları işçilərini ixtisar edərək investisiyaları dayandırıb.