Pakistanda “Bəlucistan azadlıq ordusu” (BLA) ekstremist qruplaşmasının döyüşçüləri sərnişin qatarına silahlı hücum ediblər.
"Cebheinfo.az" xəbər verir ki, hücum zamanı sürücü yaralanarkən, yüzlərlə sərnişin girov götürülüb.
BLA Bolan bölgəsində Kvetta və Pişəvər arasında hərəkət edən sərnişin qatarına silahlı hücum edib.
Doqquz vaqonlu qatarda təxminən 450 sərnişinin olduğu öyrənilərkən, hücumda maşinist və bəzi sərnişinlərin yaralandığı ifadə edildi.
“Bəlucistan azadlıq ordusu”nun verdiyi açıqlamada təhlükəsizlik qüvvələri də daxil olmaqla sərnişinlərin girov götürüldüyü bildirilib.
Yerli mənbələrin məlumatına görə, təhlükəsizlik qüvvələri ilə BLA arasında qarşıdurma davam edir.
Ştat hökuməti və ya dəmiryolunun rəsmiləri girovlarla bağlı şərh verməyib.
Hökumət sözçüsü Şahid Rind bildirib ki, Bəlucistan administrasiyası fövqəladə tədbirlər görüb və bütün qurumlar səfərbər olunub.