EN

Keçmiş Facebook rəhbərinin Çindəki iddiaları gündəmə gəlib

BAKI, TurkicWorld

Facebook-un keçmiş qlobal siyasət direktoru Sarah Wynn-Williams, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) 78 səhifəlik şikayət ərizəsi təqdim edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, "The Washington Post" tərəfindən əldə edilən sənədlərə görə, Wynn-Williams 2015-ci ildə Facebook-un Çin Kommunist Partiyasının tələblərinə uyğun olaraq xüsusi senzura mexanizmi hazırladığını bildirib.

Onun sözlərinə görə, bu sistem Asiya nəhəngində fəaliyyət göstərmək məqsədilə qurulsa da, platformanın Çində rəsmi fəaliyyətə başlamasına nail olunmayıb.

O, iddia edir ki, şirkət 2014-cü ildən etibarən Çində fəaliyyət göstərmək üçün geniş güzəştlərə hazır idi. Hətta Honq-Konq da daxil olmaqla Çin istifadəçilərinin məlumatlarını ölkə daxilindəki serverlərdə saxlamağa razılaşıb. Bu isə Pekinə Facebook istifadəçilərinin şəxsi məlumatlarına birbaşa giriş imkanı verə bilərdi.

Bundan əlavə, Facebook-un platformanın Çin bazarında fəaliyyətini idarə etmək üçün xüsusi "baş redaktor" təyin etməyi planlaşdırdığı da irəli sürülüb.

Facebook-un 2017-ci ildə çinli iş adamı və dissident Quo Venguinin hesabını bağlaması da sənədlərdə qeyd edilib. O vaxt platforma bu addımı "başqa insanların məlumatlarını icazəsiz paylaşmaq" səbəbi ilə əsaslandırsa da, Wynn-Williams bunun əslində Çinin Facebook-u test etməsi üçün atılmış bir addım olduğunu iddia edir.

Facebook-un ana şirkəti Meta-nın sözçüsü iddiaları təkzib edərək bunların keçmiş əməkdaşın subyektiv fikirləri olduğunu bildirib.

Digər tərəfdən, şirkətin baş direktoru Mark Zukerberqin ABŞ-da söz azadlığı ilə bağlı iddiaları və eyni zamanda Çində yerləşən ByteDance şirkətinə məxsus TikTok-un ABŞ-dakı fəaliyyətini dayandırmağa çalışması da diqqət çəkir.

Chosen
13
turkic.world

1Sources