EN

"Trabzonspor" yeni baş məşqçisini açıqladı

Dünən Şenol Günəşlə yollarını ayıran "Trabzonspor"un yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Trabzon təmsilçisinin "sükanı" bundan sonra Fatih Təkkəyə həvalə olunub. 48 yaşlı çalışdırıcı ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Fatih daha əvvəllər "Alanyaspor", "İstanbulspor", "Bursaspor" və "Dənizlispor" kimi klublarda çalışıb.

Chosen
48
90deqiqe.az

1Sources