KONKRET.az xəbər verir ki, Məmmədli kənd tam orta məktəbin direktoru Könül Hüseynova qonaqları və iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra 4 saylı RETSİ-nin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun müdiri Elmar Musayev çıxış edərək tullantıların idarə olunması sahəsində ekoloji maaarifləndirmə tədbirlərinin keçirilməsinin rolu və ətraf mühitin plastik tullantılardan təmizlənərək təkrar emala yönləndirilməsi istiqamıtində görülən işlər barədə məlumat vermişdir.
Həmçinin Poly Clear şirkətinin təmsilçisi təkrar emalın iqtisadiyyata təşviqi , təkrar emalın cəmiyyətə nəcə fayda vərə biləcəyi və öz ideyaları barədə geniş məlumat vermişdir.
Ümumilikdə 65 nəfərin iştirak etdiyi tədbirdə qarşılıqlı fikir mübadiləsi aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.



















