EN

Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb – YENİLƏNİB

Bakı, 11 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

17:04

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Chosen
18
8
azertag.az

10Sources