Ciddədə keçirilən ABŞ-Ukrayna danışıqlarının birinci raundu başa çatıb.
Bu barədə Al-Arabiya məlumat yayıb.
***
13:05
Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayır.
Görüş Səudiyyə Ərəbistanında keçirilir.
Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sibiqa təmsil edir.
ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio rəhbərlik edir. Eyni zamanda, danışıqlarda milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts iştirak edəcək.