EN

Tərtərdə qanvermə aksiyası keçirilib

Talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə Tərtərdə qanvermə aksiyası təşkil edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin, Respublika Qan Bankının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.

Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 200 nəfər qan verib.

Respublika Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Chosen
7
2
sia.az

3Sources