Novruz bayramının üçüncü çərÅŸÉ™nbÉ™si olan Yel çərÅŸÉ™nbÉ™sindÉ™ ölkÉ™ É™razisinin meÅŸÉ™ fondu torpaqlarında 22 740 É™dÉ™d müxtÉ™lif növ aÄŸac tingi É™kilib, 200 kiloqrama yaxın toxum sÉ™pilib.Â
Bu gün meşəbərpa tədbirləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Şabran, Xaçmaz, Göygöl, Masallı, Yevlax, Sabirabad, Ağcabədi, Tovuz, Qax, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində  keçirilib və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib. Ekologiya.az