EN

Enerji tarifləri artırılır



Qazaxıstanda enerji tarifləri artırıla bilər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, “KEGOC” Səhmdar Cəmiyyəti tariflərin arıtırlması təşəbbüsü ilə çıxış edib. Səhmdar Cəmiyyət bununla bağlı ictimai dinləmələr keçirib.

Tariflərin dəyişdirilməsinin əsas səbəbi Energetika Nazirliyi tərəfindən 2025-ci il fevralın 1-dən təsdiq edilmiş elektrik enerjisinin maksimal tariflərinin artırılmasıdır.

O cümlədən, bir alıcı üçün elektrik enerjisinin dəyəri 13,1 tenge/kVt-dan 24,68 tenge/kVt/saata yüksəlib. Şirkətdə olanlar bunun elektrik enerjisinin texnoloji itkilərinin kompensasiyası üçün xərclərin artmasına və tariflərin artmasına səbəb olduğunu iddia edirlər.

Bununla yanaşı, şirkət bəyan edib ki, onun tariflərində dəyişiklik istehlakçılar üçün son qiymətlərə ciddi təsir göstərməyəcək. Bu təsir təxminən 1,5-2% ətrafında olacaq.

Mehman Mehdiyev
Chosen
34
newscenter.az

1Sources