Toqquşmadan sonra güclü yanğın baş verib.
Almaniyanın Baden-Vürtemberq əyalətində tramvay ilə yanacaq tankeri toqquşub.
Operativ Media xəbər verir ki, dəmir yolu keçidində baş verən ağır qəza nəticəsində 1 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.
Toqquşmadan sonra güclü yanğın baş verib.
Hadisə yerinə 60-dan çox yanğınsöndürən və xilasedici heyət və helikopter cəlb olunub. Tramvaydakı sərnişinlər və xəsarət alanlar təxliyə ediliblər. Hadisə nəticəsində tramvay və tanker tamamilə yanaraq yararsız vəziyyətə düşüb.