EN

Tramp Ukraynaya hərbi yardımı bərpa etdi

Ciddədə ABŞ-Ukrayna danışıqlarından sonra ABŞ Prezidenti Donald Tramp Kiyev hakimiyyətinə hərbi və kəşfiyyat yardımını dərhal bərpa etmək qərarına gəlib.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts deyib.

Qeyd edək ki, Ciddədə bu gün baş tutan danışıqlarda Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul edib.

Chosen
17
6
nocomment.az

10Sources