EN

Emin Mahmudov Azərbaycan millisindən kənarda qalacaq?

Premyer Liqanın 26-cı turunun “Turan-Tovuz”a qarşı oyununu (1:1) zədə səbəbindən buraxan “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov bir neçə oyunu buraxmaq riski ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həftə sonuna qədər sağalmasa, təkcə 27-ci turun “Səbail”lə qarşıdakı oyununu deyil, həm də Azərbaycan millisinin təlim-məşq toplanışını buraxmalı olacaq.

Belədə, onun Haiti (22 mart) və Belarus (25 mart) milliləri ilə yoldaşlıq görüşlərində oynamayacağı da dəqiqləşəcək.

Chosen
62
32
sportinfo.az

10Sources