EN

Nazir, Orxan Məmmədov, Rəşad Sadıqov və başqaları... FOTOLAR

Minifutbol üzrə Azərbaycan çempionatının final görüşünün ardından mükafatlandırma mərasimi baş tutub.

Sportinfoi.az xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Həlledici görüşdə "Zirə"yə 2:0 hesabı ilə qalib gələn "Birbaşa Bakı" kollektivinin üzvləri qızıl medal və kubokla təltif olunub.

"Zirə" gümüş, üçüncü yer uğrunda görüşdə qalib gələn "Aznur" isə bürünc medalla mükafatlandırılıb.

Bundan başqa, turnirin ən yaxşı qapıçısı, ən çox qol vuran futbolçusu və ən yaxşı oyunçusu nominasiyası üzrə mükafatlar sahiblərinə təqdim olunub.

Chosen
50
4
sportinfo.az

10Sources