EN

Qəbul imtahanlarına onlayn hazırlaşmaq keyfiyyətli nəticə verir?

Bakı. Trend:

Son bir neçə ildə hazırlıqların, kusların onlayn formada həyatakeçirilməsi geniş şəkildə yayılıb. Dil kurslarından tutmuş dövlətqulluğu hazırlıqlarına, abituriyent hazırlıqlarına kimi bütünproseslər onlayn formada aparıla bilir. Bəs onlayn hazırlıqkeyfiyyətli nəticə verə bilirmi?

Qəbul imtahanlarında yüksək nəticə göstərmək üçünhazırlıq prosesi necə olmalıdır?

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət PedaqojiUniversitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzininrəhbəri Kamran Əsədov bildirib ki, təhsildə onlaynhazırlıq prosesinin keyfiyyətli nəticə verib-verməməsi bir çoxfaktordan asılıdır:

“İlk növbədə qeyd edim ki, təhsildə onlayn hazırlıq prosesininkeyfiyyətli nəticə verib-verməməsi bir çox faktordan asılıdır. Sonillərdə onlayn tədris və distant hazırlıq proqramları geniş yayılıbvə xüsusilə qəbul imtahanlarına hazırlaşan abituriyentlər arasındapopulyarlaşmağa başlayıb. Bunun əsas səbəbləri arasında rahatlıq,vaxtın effektiv idarə edilməsi və geniş resurslara çıxış imkanıvar. Lakin onlayn hazırlıq hər zaman ənənəvi tədrisi tam şəkildəəvəz edə bilmir və onun effektivliyi tələbənin fərdixüsusiyyətləri, müəllimin metodikası və istifadə olunanplatformaların keyfiyyəti ilə birbaşa əlaqəlidir.

Onlayn hazırlıq prosesinin uğurlu olması üçün bir neçə əsasfaktor önəmlidir. Birincisi, dərs platformasının keyfiyyəti vəinteraktiv olması vacibdir. Sadəcə video dərslər izləməklə yüksəknəticə əldə etmək çətin olur. Onlayn platformalar interaktivtestlər, canlı müzakirələr, tapşırıqlar və müəllimlə birbaşaünsiyyət imkanları təqdim etməlidir. Ən uğurlu onlayn təhsilsistemləri tələbəyə dərs materiallarını anlamaq üçün praktikitətbiqlər və real vaxtda müəllimlə sual-cavab imkanı yaradanplatformalardır.

İkinci əsas faktor müəllimin metodikasıdır. Ənənəvi sinifmühitində müəllim şagirdin dərsi mənimsəməsini vizual və fizikişəkildə müşahidə edə bilir, lakin onlayn dərslərdə bu imkanməhduddur. Effektiv onlayn hazırlıq üçün müəllimlər dərs izahlarınıdaha sistemli qurmalı, vizual materiallardan geniş istifadə etməlivə tələbələrin diqqətini aktiv saxlamaq üçün müxtəlif metodlardanyararlanmalıdır. Canlı dərslərdə tələbələrin dərsə cəlb olunması,sualların cavablandırılması və interaktiv müzakirələrin təşkilimotivasiya baxımından əhəmiyyətlidir.

Üçüncü mühüm məqam tələbənin motivasiyası və özünüidarəetməbacarığıdır. Onlayn hazırlıqda tələbənin aktivliyi və məsuliyyətiənənəvi dərslərə nisbətən daha çox rol oynayır. Müəllim dərs zamanıtələbəni daim yoxlaya bilmədiyindən, onun davamlı şəkildə dərsləriizləməsi, tapşırıqları yerinə yetirməsi və mövzuları təkrar etməsitələb olunur. Fərdi motivasiya və nizam-intizam olmadan onlaynhazırlıq prosesi effektiv nəticə vermir”.

K.Əsədov qeyd edib ki, qəbul imtahanlarında yüksək nəticə əldəetmək üçün hazırlıq prosesi düzgün strukturlaşdırılmalıdır:

“Birinci mərhələdə abituriyentlər öz bilik səviyyələrini müəyyənetməli və çatışmazlıqları analiz etməlidirlər. Bunun üçün sınaqimtahanlarından istifadə etmək vacibdir. Daha sonra hər bir fənnüzrə hazırlıq planı qurulmalı, hər gün müəyyən edilmiş saatlardadərsə ayrılan vaxt müəyyən edilməlidir. Dərs rejimi pozulmadandavam etdirilməlidir ki, biliklər sistemli şəkildə formalaşsın.

İkinci mərhələ intensiv hazırlıq dövrüdür. Bu mərhələdəabituriyentlər təkrarlara və test tapşırıqlarına daha çox diqqətyetirməlidirlər. Test həlli bacarığı imtahan uğuru üçün əsasfaktorlardan biridir. Bəzi tələbələr dərs materiallarını yaxşıbilir, lakin test texnikasını mənimsəmədikləri üçün imtahandayüksək nəticə göstərə bilmirlər. Ona görə də, müxtəlif test növləriilə işləmək və vaxtı düzgün idarə etməyi öyrənmək vacibdir.

Üçüncü mərhələdə psixoloji hazırlıq ön plana çıxır. Bir çoxtələbə imtahana yüksək səviyyədə hazırlaşsa da, imtahan stresi vəhəyəcan səbəbindən real biliklərini göstərə bilmir. Buna görə də,imtahan şəraitinə uyğun sınaq imtahanlarında iştirak etmək, vaxttəzyiqi altında işləmək və stressə qarşı psixoloji hazırlıq aparmaqvacibdir. Bunun üçün meditasiya texnikalarından istifadə etmək,idmanla məşğul olmaq və yuxu rejimini tənzimləmək faydalıdır”.

“Ən uğurlu qəbul imtahanı hazırlıq strategiyası fərdi və qruphazırlığını balanslı şəkildə birləşdirməkdir. Onlayn hazırlıq əlavəresurs kimi effektiv ola bilər, lakin tələbə fərdi şəkildəmüəllimlə və ya qrup mühitində dərslərə də qatılmalıdır. Ən yaxşınəticələr tələbənin öz üzərində davamlı çalışması, müəllimləinteraktiv dərslərdə iştirak etməsi və test həll etmə bacarıqlarınıinkişaf etdirməsi ilə əldə edilir.

Apardığım tədqiqatlara görə qeyd edim ki, onlayn hazırlıqprosesinin keyfiyyəti istifadə olunan metod və yanaşmalardanasılıdır. Müasir texnologiyalardan effektiv istifadə edən onlaynplatformalar və metodik cəhətdən güclü müəllimlər bu hazırlıqformasını effektiv edə bilər. Lakin sadəcə videolar izləməklə vəaktiv tədris prosesi olmadan yüksək nəticə əldə etmək çətin olabilər. Buna görə də, ən yaxşı nəticələr üçün ənənəvi dərslər,onlayn resurslar və fərdi çalışmaların balanslaşdırılmış şəkildəbirləşdirilməsi tövsiyə olunur”,- deyə K.Əsədov vurğulayıb.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsileksperti Əmrah Həsənli isə mövzu ilə bağlıTrend-əaçıqlamasında bildirib ki, müasir texnologiyaların təhsiləinteqrasiyası, xüsusilə də onlayn hazırlıq prosesinin genişyayılması son illərdə aktual müzakirə mövzularından birinəçevrilib:

“Bir çox valideyn və abituriyent onlayn hazırlığın effektivliyibarədə suallar ünvanlayır. Bu prosesin nəticə verməsi bir sırafaktorlardan asılıdır və düzgün yanaşma tətbiq olunduqda, onlayntəhsilin ənənəvi hazırlıq forması ilə müqayisədə ciddi üstünlükləridə ola bilər. Onlayn hazırlıq, düzgün planlaşdırıldığı vəkeyfiyyətli məzmun təmin edildiyi təqdirdə yüksək nəticələr əldəetməyə imkan yaradır.

Müəllimlərin peşəkarlığı və interaktiv dərslər – Müəllimin dərszamanı şagirdlə aktiv ünsiyyətdə olması, fərdi yanaşma və geridönüşverməsi əsas şərtlərdəndir. Sadəcə dərsi izah edib keçmək kifayətdeyil, şagirdlərin suallarına cavab vermək, onların zəif və güclütərəflərini müəyyən edib uyğun metodlardan istifadə etməklazımdır.

Texnoloji təminat və keyfiyyətli platformalar – Onlayn dərslərineffektivliyi üçün istifadə olunan platformaların interaktiv olmasıvacibdir. Məsələn, Zoom, Google Meet və ya Microsoft Teams kimiplatformalarda yazılı və vizual materialların istifadəsi, virtuallövhələrdən yararlanmaq dərsin keyfiyyətini artırır.

Davamlı testlər və qiymətləndirmə – Yalnız dərs dinləməkləuğurlu nəticə əldə etmək mümkün deyil. Şagirdlərin biliklərinimütəmadi yoxlamaq, testlər, imtahan modelləri və praktikitapşırıqlarla öyrəndiklərini tətbiq etmələrini təmin etməklazımdır. Onlayn hazırlıqda şagirdin öz məsuliyyətini dərk etməsiəsasdır. Burada müəllimin və valideynin motivasiyaedici rolu daböyükdür. Planlı şəkildə çalışmaq, hər gün müəyyən saat ərzindədərsə vaxt ayırmaq lazımdır. Onlayn dərsləri effektiv edənamillərdən biri də onları digər öyrənmə metodları ilə kombinəetməkdir. Şagirdlər öz üzərində işləməli, kitab və testtoplularından istifadə etməli, qeydlər aparmalı və offlinetapşırıqları da yerinə yetirməlidirlər. Bu şərtlər yerinəyetirildiyi halda, onlayn hazırlıq yüksək nəticə verməyəqadirdir”.

Ekspert qəbul imtahanlarında yüksək nəticə üçün hazırlığın necəolması ilə bağlı sualı da cavablandırıb:

“Qəbul imtahanlarında uğur qazanmaq üçün hazırlıq prosesi yalnızfənlərin öyrənilməsi ilə məhdudlaşmamalıdır. Düzgün strategiya vəpsixoloji hazırlıq da önəmlidir. Yüksək nəticə üçün 1-2 ay ərzindəintensiv hazırlıq kifayət etməz. Abituriyentlər ən azı 1 iləvvəldən sistemli və davamlı şəkildə çalışmalıdırlar. Hər fənnəuyğun vaxt ayırmaq və nizamlı qrafiklə işləmək vacibdir. Hansıfənlərin daha çətin olduğu müəyyən edilməli və onlara əlavə diqqətyetirilməlidir. Real imtahan şəraitinə uyğun sınaqlar abituriyentinimtahan təcrübəsini artırır. Bu, onların vaxtı düzgün idarə etmə vəstressə davamlılıq bacarıqlarını inkişaf etdirir.

Qəbul imtahanları yalnız bilik yox, həm də psixoloji dözümlülüktələb edir. Gərginliyə qarşı strategiyalar öyrənmək, imtahanqorxusunu idarə etmək və motivasiyanı yüksək tutmaq mühümdür.

Uzunmüddətli və gərgin hazırlıq prosesində fiziki sağlamlıq daönəmlidir. Yuxu rejiminə əməl etmək, balanslı qidalanmaq və idmanlaməşğul olmaq beyinin fəaliyyətini artırır.

Şagirdlər özlərinə uyğun öyrənmə metodlarını tapmalı, qeydləraparmalı, əvvəl öyrəndiklərini mütəmadi olaraq təkrarlamalıdırlar.Təkrarsız biliklər tez unudulur.

Onlayn hazırlıq ənənəvi metodlardan geri qalmır və bəzi hallardadaha da səmərəli ola bilər. Lakin bu, dərslərin keyfiyyətindən,müəllimin peşəkarlığından və şagirdin məsuliyyətindən asılıdır.Qəbul imtahanlarında yüksək nəticə əldə etmək istəyənabituriyentlər isə mütəşəkkil, planlı və davamlı hazırlıq prosesiaparmalı, həm akademik, həm də psixoloji baxımdan özlərini imtahanatam hazır etməlidirlər.

Təhsil cəmiyyətin inkişafında əsas dayaqlardan biridir və biz busahədə keyfiyyəti artırmaq üçün hər zaman innovativ və effektivmetodlardan istifadə etməliyik”.

Chosen
17
3
az.trend.az

4Sources