EN

Sırski general Krasilnikovu vəzifəsindən azad etdi

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski general-mayor Dmitri Krasilnikovu vəzifəsindən azad edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya məlumat yayıb.

“Sırski general Krasilnikovu vəzifəsindən azad edir, sadəcə olaraq qovur. Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Mixail Drapatı və “Şimal” operativ komandanlığının şəxsi heyətinin mövqeyinə baxmayaraq, kritik anda onu azad edib”, - Bezuqlaya bildirib.
Chosen
23
2
sherg.az

3Sources