EN

Taleh Qaraşov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Martın 11-də təqvim planına uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Osakücə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. 

Taleh Qaraşov səyyar qəbulun Novruz bayramının üçüncü çərşənbəsi -Yel çərşənbəsinə təsadüf etdiyini bildirib, yerli sakinlərin simasında bütün lənkəranlıların Yel çərşənbəsini təbrik edib.
Vətəndaşların maneəsiz, könüllü fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şərait yaradıldığı səyyar qəbulda icra başçısı ötən dövr ərzində ərazi üzrə qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı sakinlərə məlumat verib. 

Vətəndaşların qayğı və problemlərinin öyrənilməsi, qaldırılan məsələlərin həllinə yönəlik addımların atılması istiqamətində yerlərdə keçirilən səyyar görüş-qəbulların xüsusi önəmi barədə danışan Taleh Qaraşov qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib. 

Osakücə, Pambəyi, Tatoba, Sinovli, Moloja və Haftaruon kəndlərinin sakinləri onları narahat edən ümumi və şəxsi problemlərini birbaşa icra başçısına söyləyiblər. 

Yerli sakinlər cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaş-məmur münasibətlərindəki yeni mühitin daha da inkişaf etdirilməsi istiqamətindəki səylərinə görə onlara səmimi minnətdarlıqlarını ifadə ediblər.
 

Chosen
33
1
unikal.az

10Sources