EN

Bu il narkotikə görə 545 nəfər saxlanılıb, 17 nəfəri əcnəbidir

Bu ilin yanvar-favral ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 545 nəfər cəlb edilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Onlardan 17-18 yaşadək -1 nəfər, 18-25 yaşadək 32 nəfər, 26 - 29 yaşadək 91 nəfər, 30 yaş və ondan yuxarı isə 421 nəfər təşkil edir.

Həmin şəxslərdən 523-ü kişi, 22-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 17 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşından 8-i İran İslam Respublikası, 3-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 202kq 081,647 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Chosen
18
13
apa.az

10Sources