EN

“Afaq Bəşirqızına halal olsun” - Həmkarı

Afaq Bəşirqızına halal olsun.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Naibə Allahverdiyeva deyib.

O, Afaq Bəşirqızının “Qapqara” verilişində qalmaqal yaradan sözlərinə münasibət bildirib.

Xatırladaq ki, Xalq artisti deyib: “İncəsənət aləmində vəzifəyə əmi, dayı, cibində pul kriteriyası ilə gəlirlər. Bunu hamımız bilirik, sadəcə qeyrətimiz yoxdur ki, açıb deyək. Korrupsiyanın qarşısını almaq qeyri-mümkündür”.

“Halal olsun Afaq xanıma, kişi qeyrətli xanım və sənətkardır! Hər zaman mərd-mərdanə sözünü deyən, aktyorların müdafiəçisi, sanki qoruyucu mələyidir.

Bəli, görkəmli sənətkar olmaq olar, amma şəxsiyyət olmaq hər insana xas olan xüsusiyyət deyil. Allah Afaq xanıma cansağlığı versin”, - deyə Naibə Allahverdiyeva qeyd edib.


Telegram kanalımız
Chosen
7
1
yenisabah.az

2Sources