EN

Xəzər rayonunda dələduzluq edən şəxslər saxlanılıb

Bakı. Trend

Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalmasıbarədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə zərərçəkənin 22300 manatını aldadaraq ələkeçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikovmüəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Chosen
14
az.trend.az

1Sources