EN

Serj Sarkisyana yeni ittihamlar irəli sürülüb

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb...

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, İsakov prospektinə və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi faktı ilə bağlı başlanmış cinayət işində Serj Sarkisyana qarşı xüsusi külli miqdarda mənimsəmə, xüsusi külli miqdarda çirkli pulların yuyulması cinayət işi üzrə ittiham irəli sürülüb.

Sarkisyan barəsində heç yerə getməmək barədə yazılı iltizam tədbiri seçilib.

Poliqon info

Chosen
14
11
poliqon.info

10Sources