“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/8 finalının “Feyenoord”la cavab oyununu (2:1) şərh edib.
Arena.az “İnter”in rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz növbəti mərhələyə adlamağı qüvvətlə istəyirdik, uşaqlarım isə sadəcə olaraq möhtəşəm idilər. Mən onları tərifləməyə davam edirəm, çünki onlar buna layiqdirlər, bütünlüklə can qoyurlar. Bu, kənardan heç də həmişə bilinmir, amma bizə, azarkeşlərimizin oyunlar zamanı nə etdikləri də kifayətdir.
Bütün çətinliklərə rəğmən, bu uşaqlar irəli gedirlər və buna layiqdirlər, çünki onlar həqiqətən səviyyəlidirlər. Biz altı gün ərzində üç oyun keçirmişik, ona görə də sabah haqqımız olan istirahətdəyik.
“Bayern”? Çətin qarşılaşma olacaq. Mən “Bayern”ə qarşı həm “İnter” və həm də “Latsio” ilə üz-üzə gəlmişəm – bu, bərk, yaxşı təşkilatlanmış komandadır, amma biz öz gücümüz, öz ehtiyatlarımızla oynayacağıq, elə, bu günə qədər etdiyimiz kimi”, deyə Simone İnzaqi vurğulayıb.
Səfərdəki ilk oyunda 2:0 hesablı qələbə qazanmış “İnter” ümumi hesabda (4:1) cütün qalibi olaraq, UEFA Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb. “İnter” bu mərhələdə Almaniya nəhəngi “Bayern”lə qarşılaşacaq. “Feyenoord” isə ümidlərini növbəti mövsümə bağlayıb.