EN

Bakı-Ağstafa-Bakı əlavə 28 reys təyin edilib

18-31 mart tarixlərində bu marşrut üzrə ümumilikdə 28 əlavə reys təyin edilib.

Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 mart tarixində bu xətt üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edir.

Bu barədə Operativ Media-ya ADY məlumat verib.

Beləliklə, 18-31 mart tarixlərində bu marşrut üzrə ümumilikdə 28 əlavə reys təyin edilib.

 Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün Bakıdan və Ağstafadan səfər edə bilərsiniz.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Chosen
4
49
operativmedia.az

10Sources