EN

Türkiyədən İrana mebel ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin fevral ayında İrana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq 21 milyon 983 min 74 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən İrana mebel məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azalaraq , 43 milyon 392 min 19 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına mebel ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3 faiz azalaraq, 1 milyon 216 min 724 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 607 min 620 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 6,8 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 7 milyon dollar məbləğində mebel ixrac edib.

Chosen
20
2
turkic.world

10Sources