EN

Azərbaycan millisi Bakıda "Krasnodar" klubu ilə yoldaşlıq matçı keçirəcək

Azərbaycanın çimərlik futbolu millisi Bakıda Rusiyanın "Krasnodar" klubu ilə yoldaşlıq matçı keçirəcək.

May ayında “Krasnodar” təlim-məşq toplanışı üçün Azərbaycana gələcək. Rusiya klubu Bakıda hazırlıq keçəcəyi müddətdə Azərbaycan millisi ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsinin A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq.

Chosen
15
1
cbcsport.az

10Sources