EN

Peter Bos: “PSV-nin 1/4 finala çıxması əsl möcüzə olar”

PSV-nin baş məşqçisi Peter Bos UEFA Çempionlar Liqasının 1/8 finalının “Arsenal”la cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az niderlandlı mütəxəssisin oyunöncəsi mətbuat toplantısında bu barədə səsləndirdiyi fikrini təqdim edir:

“Ötən oyun (evdə 1:7) dəhşətli idi. Stadionda olmuş hər kəs o çıxışın təkrarını görmək istəməzdi. Biz sadəcə olaraq pis oynadıq. Biz daha yaxşı oynaya biləcəyimizi göstərmək istəyirik.

Mən diqqətimi, bizim, riskə getməkdən qorxmadan futbol oynamağımıza cəmləmişəm. Bunu qarşıdakı oyunda da tələb edəcəyəm. Biz öz əsaslarımıza sadiq qalmalıyıq.

Mən nə vaxt məmnun olacağam? Əgər qalib gəlsək. Bu, ciddi nailiyyət olacaq. Növbəti mərhələyə çıxmağımız isə əsl möcüzə olacaq”, deyə Peter Bos xəyal edib.

“Arsenal” – PSV oyunu bu gün, martın 12-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (13 mart) başladacaq.

Xatırladaq ki, Eyndhovendə keçirilmiş ilk oyunda PSV vurduğu 1 qol müqabilində “topçular”dan 7 top yeyib – 1:7. Göründüyü kimi, burada məntiqi baxış PSV-nin növbətə mərhələ imkanlarını cüzi qiymətləndirsə də, necə deyərlər, meydan düz, top isə yumrudur.

Chosen
15
arena.az

1Sources