Bu gün futbol üzrə I Liqada XVIII tura start verilib.

Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşması Binə qəsbə stadionunda baş tutub. 

Belə ki, turnir cədvəlinin qonşu pillələrində - 3-4-yerlərdə qərarlaşan "Baku Sporting"lə "İmişli" qüvvəsini sınayıb. Qonaqlar 2 dəfə penalti zərbəsi ilə önə çıxmalarına baxmayaraq, "Baku Sporting" məğlubiyyətdən xilas ola bilib.

Bu dəfə də komandanın köməyinə Luka Stevanoviç çatıb. Serb yarımmüdafiəçi artıq 3 oyundur rəqib qapılarına yol tapır. 26 yaşlı futbolçu əvvəlki iki matçda komandasına qələbə qazandırmışdısa da, bu gün "Baku Sporting" 1 xalla kifayətlənib.

Turun digər görüşləri 13-14 martda keçiriləcək.   

I Liqa, XVIII tur

"Baku Sporting" - "İmişli" 2:2

Elmin Əskərli, 17; Luka Stevanoviç, 90+5 - Seyxan Fərəcov, 13 (pen.); 83 (pen.)