EN

Bakıda FantazEU festivalı çərçivəsində “Yaşıl Dünyamız” adlı uşaq sərgisi açıldı (FOTO)

Bakı. Trend:

FantazEU mədəniyyət festivalı çərçivəsində “Yaşıl Dünyamız” adlıuşaq rəsm sərgisinin açılışı baş tutub.

Trend xəbərverir ki, tədbir Ambassadors’ Cultural Club-da, Avropa İttifaqıtəşkilatçılığı ilə və Arts Council Azerbaijan təşkilatının dəstəyiilə keçirildi. Sərgi gənc rəssamları və diplomatik nümayəndələribir araya gətirib.

Sərginin kuratoru Sona Quliyeva olub. Layihədə iki uşaqrəssamlıq məktəbinin şagirdləri iştirak edərək, ətraf mühit vətəbiətin qorunması mövzusunda əsərlərini təqdim ediblər.

Sərginin açılışında Avropa İttifaqının Azərbaycandakı səfiriPetr Mixalko çıxış edərək, bu sərginin onun ölkədə fəaliyyətgöstərdiyi illər ərzində şahidi olduğu ən təsirli sərgilərdən biriolduğunu vurğulayıb:

“Biz bu planetdə birlikdə yaşayırıq və bura bizim evimizdir.Buna görə də yaşıl dünyamıza həsr olunmuş sərginin keçirilməsiqərara alındı. Uşaqların ətraf mühiti necə gördüklərini izləmək çoxmaraqlıdır. Onlar reallığı olduğu kimi qəbul edir və onuəsərlərində əks etdirirlər. Bizim məsuliyyətimiz onlara daha yaxşıgələcək bəxş etməkdir. Uşaqların planetimizi necə gördükləri vəgörmək istədikləri onların rəsmlərində öz əksini tapıb. Onlarınmüşahidələrindən ilham alaraq, biz də təbiətimizi qorumalıyıq.”

Səfir Arts Council Azerbaijan-a və uşaq rəssamlıq məktəblərinəyaradıcılığın və ekoloji maarifləndirmənin inkişafına verdikləritöhfəyə görə təşəkkür edib. O, təqdim olunan işlərin yüksəksəviyyəsini vurğulayaraq, bu cür təşəbbüslərin mədəni mübadiləyə vəətraf mühitin qorunmasının vacibliyinin dərk edilməsinə töhfəverdiyini qeyd edib.

Sərgidə iştirak edən gənc rəssamlar: Faray Murşudlu, AminaCabbarlı, Amina Mirzəliyeva, Suraya Məmmədli, Amin Mirzəliyev,Nigar Mahmudbəyova, Evangeline Lisanova, Nazim Məmmədli, FidanAbbasəliyeva, Elanur Niftəliyeva, Amina Cəyməndi, Safiyyə Cəyməndi,İbrahim Zeynallı, Xokuma Sultan Amirli, Aida Cəfərova, MilanaƏliyeva, Məryəm Əliyeva, Maqsud Əliyev, Ümid Həbibov, ElviraƏliyeva, Ayla Əsədova, Məryəm Ejo Şahin.

FantazEU festivalı, mədəni irsin qorunmasına və beynəlxalqəməkdaşlığın inkişafına töhfə vermək məqsədilə, incəsənət, ekolojimövzular və ənənələrə həsr olunmuş müxtəlif tədbirlərlətamaşaçıları sevindirməyə davam edəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az

Bakıda
Bakıda
Bakıda
Bakıda
Chosen
2
1
az.trend.az

3Sources