EN

Çin şirkətindən böyük addım: insanabənzər robotlara 13 milyard dollar investisiya

Bakı. Trend:

Çinin aparıcı avtomobil istehsalçılarından biri olan Xpeng,insanabənzər robot texnologiyasına böyük sərmayələr qoymağıplanlaşdırır.

Trend-in məlumatına görə, Xpeng bu sektora uzunmüddətli layihəkimi baxır və onun investisiyaları 100 milyard yuana (13,8 milyarddollar) çata bilər, şirkətin baş direktoru He Xiaopeng parlamentinillik iclasında deyib.

H.Xiaopeng 5 il əvvəl insanabənzər robot sənayesinə girdiklərinivə qarşıdakı 20 il bu sahədə qalmağı hədəflədiklərini bildirib.

Qeyd edək ki, şirkət 2020-ci ildə insanabənzər robot sektorunadaxil olub və "Tesla Bot"a rəqib olaraq inkişaf etdirdiyi "Iron"adlı robotu ötən ilin noyabrında təqdim edib.

Chosen
18
3
az.trend.az

5Sources