EN

Elnurə Avropa çempionu olub, Ruzanna bürünc uğrunda güləşəcək

Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün qadınlar arasında mübarizəyə yekun vurulacaq.

Azərbaycan millisinin 3 təmsilçisi medallar uğrunda yarışır.

Qadın güləşi
53 kq

Elnurə Məmmədova çempionatın finalında Yekaterina Karpuşkina ilə qüvvəsini sınayıb. 3:0 hesabı ilə qalib gələn güləşçimiz Avropa çempionu olub.

57 kq
Gültəkin Şirinova təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlbi. O, eyni uğuru bürünc medal uğrunda qarşılaşmada davam etdirə bilməyib. Gültəkin rumıniyalı Georgiana Lirkaya 2:9 hesabı ilə uduzub.

65 kq
Məmmədova bürünc uğrunda Olkesandra Rıbaka (Ukrayna) güləşəcək.

İdman.biz

Chosen
26
idman.biz

1Sources