EN

Rimas Kurtinaytis: "Sona kimi mübarizə apardıq"

"Komandaya iradım yoxdur. Bacardıqlarını etdilər".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun mətbaut xidmətinə açıqlamasıda deyib.

Litvalı mütəxəssis Azərbaycan kubokunun 1/4 finalında “Neftçi”yə 81:85 hesablı məğlubiyyəti şərh edib: “Təbii ki, Endərin yoxluğu yerli oyunçu rotasiyası zamanı hiss olunurdu. Həm rotasiya, həm oyun planı baxımdan yeri görünürdü. Eyni komandanı ardıcıl olaraq 3 gün ərzində 2 dəfə məğlub etmək çətindir. Çünki rəqib də oyunu təhlil edib, səhvlərindən nəticə çıxarıb, daha yaxşı oynamağa çalışır. Sona kimi mübarizə apardıq. Növbəti oyunlarda yaxşı nəticə əldə etməyə çalışacağıq”.

İdman.biz

Chosen
10
1
idman.biz

5Sources