EN

Zelenski danışıqlar prosesində Ukrayna üçün “qırmızı xətt”i AÇIQLADI

“Mən prezident kimi konstitusiyamızı pozmayacağam, əksinə xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəyəm. Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.

Zelenski qeyd edib ki, Ukrayna müstəqillik uğrunda mübarizə aparır və buna görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini tanımayacaq:

“Xalqımız bunun üçün döyüşüb, qəhrəmanlarımız həlak olub. Ona görə də bunu heç kim unutmayacaq. Biz Ukraynaya qarşı törədilən bu cinayəti heç kimə unutdurmayacağıq”.

Bizim.Media

Chosen
21
10
bizim.media

10Sources