EN

Ukraynada rus dilindən istifadənin tam qadağan edilməsi ilə bağlı qanun layihəsi HAZIRLANIR

Ali Radaya məktəblərdə, o cümlədən fasilələr və dərsdənkənar saatlarda rus dilindən istifadənin tam qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim edilib.

İnterpress.az xəbər verir ki, bu barədə deputat Maksim Bujanski məlumat verib.

O bildirib ki, Ukrayna Ali Radasına məktəblərdə, o cümlədən fasilələr və dərsdənkənar saatlarda rus dilinin tam qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.

Qanun layihəsinin müəllifi Təhsil, Elm və İnnovasiyalar Komitəsinin katibi Nataliya Pipadır.

2024-cü ilin oktyabrında onun təşəbbüsü artıq Ukrayna Təhsil Nazirliyi tərəfindən dəstəklənib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
13
interpress.az

1Sources