EN

KİV: Ukrayna ordusunda Amerikanın ATACMS raketləri bitib

Ukrayna Silahlı Qüvvələrində artıq Amerikanın ATACMS taktiki raketləri yoxdur...

Poliqon bildirir ki, bu barədə Associated Press (AP) Vaşinqtondan olan rəsmilərə istinadən xəbər verib.

Agentliyin mənbələrinə görə, artıq Ukraynada bir dənə də olsun ATACMS raketi yoxdur. Vaşinqton bu raketlərin 40-dan azını Kiyevə çatdırıb və onların ehtiyatları yanvarın sonunda tükənib.

Qeyd edək ki, martın 4-də Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Seltso şəhərindəki meşədə Amerikaya məxsus ATACMS operativ-taktiki raketinin fraqmentlərinin aşkar edildiyini açıqlayıb.

Poliqon.info

Chosen
33
13
poliqon.info

10Sources