EN

Gədəbəydə 4 otaqlı ev yanıb kül oldu

Bu gün, 09:18

Gədəbəy rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Reportyor.tv-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Qızılqaya kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
15
10
Reportyor.tv

10Sources