EN

“Maşınqayıran” MTK məhkəmə qərarını icra etməkdən boyun qaçırır — FOTOLAR

Vətəndaş bildirir ki, “Maşınqayıran” MTK məhkəmə qərarını icra etməkdən boyun qaçırır.

Bir müddət öncə mediada vətəndaş Orxan Şirinzadənin “Maşınqayıran” MTK ilə bağlı şikayəti yayımlanıb.

Demokrat.az Operativ Media-ya istinadən xəbər verir ki, vətəndaş ona məxsus obyektin qanunsuz olaraq başqasına satıldığını iddia edib. O, bildirib ki, “Maşınqayıran” MTK ona müraciət edərək obyektinin yerləşdiyi ərazidə tikinti işləri aparmaq barədə niyyətini bildirib. Orxan Şirinzadə MTK-ya inanaraq öz razılığını verib.

O.Şirinzadə qeyd edib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, ev 54 ünvanında yerləşən rəsmi çıxarışla 110.8 kvadrat metr, faktiki olaraq isə daha çox sahəsi olan tam təmirli obyekti olub. Obyekt 3.500 manat məbləğində icarə haqqı qarşılığında gəlinlik mağazası kimi fəaliyyət göstərib.

“Maşınqayıran” MTK ilə müqavilə bağlayan vətəndaş müəyyən şərtlər qarşılığında həmin ərazidə MTK-nın bina tikməsinə razılıq verib. Bu səbəbdən vətəndaş Orxan Şirinzadə ilə “Maşınqayıran” MTK ilə 13 may 2022-ci il tarixli 109 nömrəli “Əvəzləşdirmə” müqaviləsi bağlanılıb. Həmin müqavilənim bəndlərinə görə, O.Şirinzadə xüsusi mülkiyyətində olan obyektin sökülməsinə razılıq verib, MTK isə əvəzində bina inşa edilənə və ona obyekt verilənə qədər hər ay kompensasiya məbləği olaraq 3.500 AZN pul ödəyir və nəticədə 230 kv m qeyri-yaşayəş və 40 kv m qaraj verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, çıxarışla müqavilə arasında fərq olduqda, əlavə olaraq hər 1 kv m görə 15.000 AZN pul ödəyir. Lakin tikinti işləri yekunlaşdıqdan sonra MTK müqavilə şərtlərinə əməl etməyib. Belə ki, bu müddət ərzində O.Şirinzadəyə ödənilməli olan kirayə pulları ödənilməyib, tikinti başa çatdıqdan sonra öz obyekti deyil, dəyərindən 70-80 faiz aşağı sahə təklif olunub, öz obyekti isə başqa bir şəxsə satılıb.
 




 

O.Şirinzadə MTK-ya qarşı iddia qaldıraraq kirayə pulların ödənilməsi üçün məhkəməyə müraciət edib, tələbi haqlı və qanuni olduğu səbəbindən onun xeyrinə məhkəmə qətnaməsi çıxarılıb. Lakin MTK Azərbaycan Respublikasının adından çıxarılmış yekun məhkəmə aktını icra etməkdən boyun qaçırmaqla yanaşı, ona qarşı süni surətdə vaxtı uzatmaq məqsədilə məhkəmədə əsassız olaraq yeni iddialar verib.

Məsələni diqqətdə saxlayan e-huquq.az həmin iddiaların təmin olunmaması barədə məlumat əldə edib. Belə ki, məhkəmə O.Şirinzadənin xeyrinə qərar qəbul edib. Buna baxmayaraq, o, hüquqlarının bərpa olunmasına nail ola bilmir.

 


Chosen
6
5
demokrat.az

6Sources