EN

Beyləqanda ağır qəza: 6 nəfər xəsarət aldı

Beyləqanda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, rayonun Daşbrun qəsəbəsində hərəkətdə olan "Mersedes" markalı avtomobil qarşıdan gələn VAZ- 21015 markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobildəki sərnişinlərdən 6 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılardan 4 nəfərin Füzuli, 2 nəfərin isə Beyləqan rayon sakinləri olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Axar.az

Chosen
3
8
hurriyyet.az

10Sources