Beyləqanda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, rayonun Daşbrun qəsəbəsində hərəkətdə olan "Mersedes" markalı avtomobil qarşıdan gələn VAZ- 21015 markalı avtomobillə toqquşub.
Nəticədə hər iki avtomobildəki sərnişinlərdən 6 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralılardan 4 nəfərin Füzuli, 2 nəfərin isə Beyləqan rayon sakinləri olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Axar.az