EN

Çempionlar Liqasının bütün 1/4 finalçıları müəyyənləşib

Çempionlar Liqasının 2024/2025 mövsümünün 1/8 final mərhələsinin cavab oyunlarının ikinci oyun günü başa çatıb. Oxuməni.az sizi bu gün baş tutan görüşlərin nəticələri ilə tanış olmağa dəvət edir.

Martın 12-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarının nəticələri:

“Atletico” Madrid – “Real” Madrid - 1:0 (2:4 penaltilər) - ümumi hesabda 1-2.

“Aston Villa” – “Brügge” – 3:0 – ümumi hesabda 6-1.

"Arsenal" – “PSV Eyndhoven” - 2:2 - ümumi hesabda 9-3.

"Lill" - "Borussiya" Dortmund - 1:2 - ümumi hesabda 2:3.

Beləliklə, “Real Madrid”, “Aston Villa”, “Arsenal” və “Borussiya Dortmund” əsas avrokubok turnirinin pley-off mərhələsinin növbəti mərhələsinə yüksəlib. Xatırladaq ki, bundan əvvəl “Bavariya”, “İnter”, “Barselona” və “PSJ” də turnirin 1/4 finalına yüksəlmişdi.

Çempionlar Liqasının 2024/2025 mövsümünün dörddəbir final cütləri:

“PSJ” – “Aston Villa”

“Arsenal” – “Real” Madrid

"Borussiya" - "Barselona"

"İnter" - "Bavariya"

İlk görüşlər aprelin 8-9-da baş tutacaq.

Turnirin yekun görüşü 2025-ci il mayın 31-nə təyin edilib.

Çempionlar Liqasının hazırkı qalibi ötənilki finalda "Borussiya Dortmund"u 2:0 hesabı ilə məğlub edən "Real Madrid"dir.

Almaz Həsənli

Chosen
29
oxumeni.az

1Sources