EN

UEFA Avropa Liqası: “Fənərbağça” Şotlandiyada cavab görüşünə çıxacaq

Bakı, 13 mart, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” Şotlandiyada “Reyncers”lə üz-üzə gələcək. “Real Sosyedad” isə İspaniyada İngiltərənin “Mançester Yunayted” klubunu sınağa çəkəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

13 mart

21:45. “Atletik” (İspaniya) - “Roma” (İtaliya)

İlk oyun - 1:2

21:45. “Latsio” (İtaliya) - “Viktoriya” (Çexiya)

İlk oyun - 2:1.

21:45. “Ayntraxt” (Almaniya) - “Ayaks” (Niderland)

İlk oyun - 2:1.

21:45. “Olimpiakos” (Yunanıstan) - “Budyo Qlimt” (Norveç)

İlk oyun - 0:3.

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya)

İlk oyun - 1:1.

00:00. “Tottenhem” (İngiltərə) - "AZ Alkmaar" (Niderland)

İlk oyun - 0:1.

00:00. “Reyncers” (Şotlandiya) - “Fənərbağça” (Türkiyə)

İlk oyun - 3:1

00:00. “Lion” (Fransa) - FKSB (Rumıniya)

İlk oyun - 3:1.

Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 10-da start veriləcək.

 

 

Chosen
13
11
azertag.az

10Sources