EN

"İnternetdə satılan dərmanların 70 faizi saxtadır" - Eyyub Hüseynov

Yazını böyüt
Yazını kiçilt

"Beynəlxalq İstehlakçı Təşkilatının verdiyi məlumata əsasən, internetdə satılan dərmanların 70 faizi saxtadır. Lakin əhali internet üzərindən bir çox mallar, o cümlədən dərmanlar alırlar. Bu sahəyə kifayət qədər nəzarət olmadığından istehlakçılar keyfiyyətsiz dərmanlarla rastlaşırlar".

Bu fikirləri Hafta.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

O vurğulayıb ki, dünyada saxta dərman dövriyyəsi çox böyükbüdcəyə malik rəqəmlə dövr edir: "Azərbaycan da bu prosesdən kənarda deyil. Azərbaycan dünyanın həm də ən çox apteklər olan ölkələrindəndir. Mənim gördüyüm ölkələrdən 20 dəfə artıq aptek şəbəkəsi var. Azərbaycan istehlakçıları apteklərdə növbəyə duran istehlakçılardır, keyfiyyətsiz dərmanlara rast gələn istehlakçılardır və s. Xatırlayıram ki, 2000-ci illərdə Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının 4 günlük konfransı keçirilmişdi. Həmin tədbirdə dünyada saxta dərman dövriyyəsinin azaldılması üçün geniş müzakirə aparılmışdı. Amma heç bir nəticəyə gəlinməmişdi”.

Ekspert deyib ki, bu sahəyə nəzarətin gücləndirilməsinin, davamlı monitorinqlərin aparılmasının və problemlərin qanunvericilik səviyyəsində həllinin tərəfdarıdır: “Bu məsələnin ombudsman səviyyəsində qaldırılması yaxşı haldır. Amma alternativlər də olmalıdır. İlk növbədə yerli dərman istehsalına başlanılmalıdır. Neçə ildir ki, Azərbaycanda müasir standartlara cavab verən dərman istehsalı zavodu tikilib. Lakin həmin zavod heç 30 faiz öz gücü ilə işləmir. Nəyə görə? Çünki ölkənin dərman siyasətini müəyyən edən insanlar Milli Məclisdə oturublar və fəal şəkildə dərman biznesi ilə məşğul olurlar. Ona görə də yerli istehsal yox dərəcəsinə gəlib çatıbdır”.

Chosen
30
hafta.az

1Sources