Biz qlobal böhranların baş verdiyi dünyada yaşayırıq.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus bildirib.
Tedros Adhanom Qebreyesus qeyd edib ki, ÜST xəstəliklərin yayılmasının qarşısının alınmasında ölkələrə dəstək verir.
“ABŞ ÜST-dən çıxmağa qərar verdiyini açıqlayıb. Bu, ABŞ və dünya üçün çox pisdir, yoluxucu xəstəliklər qarşısında dünyanı zəiflədəcək. ABŞ özü də bundan əziyyət çəkəcək”, - Baş direktor vurğulayıb.